Tovuzun sərhəd kəndlərinin sakinləri becərdikləri məhsulları yığa bilmirlər
Ermənistan silahlı qüvvələrinin atəşkəsi mütəmadi pozması Tovuzun sərhəd kəndlərində əkin-biçinə mane olur. Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Tağıyevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, əhali əkdiyi meyvə-tərəvəz məhsullarını yığmaqda çətinlik çəkir.
Düşmən insanların hərəkət etməsi ilə atəş açmağa başlayır. Qeyd edək ki, Tovuzun düşmənlə sərhədinin ümumi uzunluğu 69 km kilometrdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB