Şərəf və qürur tariximiz MÜNASİBƏT

Nuranə Şıxəliyeva: “Müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması yükünün Ulu Öndər Heydər Əliyev öz üzərinə götürdü”
Şərəf və qürur tariximiz MÜNASİBƏT

"28 May hər bir azərbaycanlı üçün şərəf və qürur tarixidir. Məhz 1918-ci ildə Şərqdə və müsəlman dünyasında ilk dəfə dünyəvi, demokratik, müstəqil Azərbaycan dövləti - Azərbaycan Xalq Cümhuriyyəti quruldu və bu dövlətin fəaliyyət dövrünün 23 ay çəkməsinə baxmayaraq, bir çox böyük işlərə imza atıldı". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Gənclər Birliyinin və Qadınlar Şurasının sədr müavini, 2 saylı Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar liseyinin direktor müavini, Azərbaycan Alpaqut Federasiyasının İctimai Təşkilati məsələlər üzrə Departamentinin rəhbəri Nuranə Şıxəliyeva münasibətini bildirərkən deyib.

Onun sözlərinə, dövlət atrubutikalarının, himninin, pul vahidinin, parlamentin, nazirliklərin və s. dövlət qurumlarının yaradılması, konsulluq və səfirliklərin açılması kimi proseslərin vüsət alması təəssüf ki, 28 aprel 1920-ci ilə qədər davam etdi və Rusiyadakı proseslərin acınacaqlı təsirləri Azərbaycanın yenicə əldə etdiyi müstəqilliyini itirməsinə səbəb oldu: "Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Fətəli xan Xoyski və s. vətənsevər azərbaycanlılar tərəfinfən qurulan Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklərin Bakını tutması ilə süquta uğradı".

"80-cı illərin sonunda, 90-cı illərin əvvələrində baş qaldırmış milli azadlıq hərəkatları nəticə etibarilə sovetlərin dağılmasına gətirib çıxardı və bu ittifaqda birləşən respublikalar öz müstəqiliklərini elan etdilər" - deyə qeyd edən Nuranə Şıxəliyevə bununla yanaşı xatırladıb ki, hətta 1991–ci ildə Azərbaycan xalqı yenidən öz müstəqilliyinə qovuşmasına baxmayaraq, yenidən onun itirlməsi təhlükəsi yaranmışdı: "İstər siyasi istər iqtisadi, istərsə də sosial cəhətdən ağır bir durumun yaranması, xarici təsirlərin artması kimi hallar bu faktorun reallaşmasına səbəb olmaqda idi. Ona görə də ikinci dəfə qovuşduğumuz müstəqillik yenə itirilmək təhlükəsi ilə üzləşmişdi: "Ölkəmizin bu ağır vaxtında müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması yükünü Ulu Öndər Heydər Əliyev öz üzərinə götürdü və ölkəni məhv olunmaqdan xilas etdi. Məhz Heydər Əliyev faktoru, Heydər Əliyev qətiyyəti dövlətçilik tariximizdə növbəti qara səhifənin açılmasına imkan vermədi. Artıq 26 ildir ki, müstəqil Azərbaycan dövləti Ümumi Liderimizin ideyaları ilə yaşayır və Prezdentimiz cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf edərək güclü, dünyada nüfuza malik sözün əsil mənasında müstəqil ölkəyə çevrilib".

"Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü dövlət olmaqla yanaşı dünyada yaşayan hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib. Azərbaycan siyasət, iqtisadiyyat, mədəniyyət, idman, səhiyyə, təhsil, sosial və digər onlarla sahələr üzrə inkişaf edir, beynəlxalq dünyanın mərkəzi rounu oynayır"-deyə vurğulayan Nuranə Şıxəliyevaya görə, hər il 28 may tarixinin Respublika Günü kimi qeyd edildiyini və bütün vətətəndaşlarımızın, soydaşlarımızın yaşadıqları ağır illəri xatırlayaraq ölkəmizin inkişafı naminə daha da sıx birləşdiklərini vurğulayıb: "Ona görə, mən də xalqımızı qarşıdan gələn 28 May Respublika Günü münasibətilə təbrik edir və ölkəmizin müstəqilliyinin sarsılmaz, əbədi olmasını, xüsusilə də gənclərimizin Prezident İlham Əliyev cənablarının ətrafında daha sıx birləşib, ölkəmizin inkişaf və tərəqqisində yorulmadan, əzmlə çalşmalarını arzulayıram. Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin tarixi ideyaları əsasında qurulub və Prezident İlham Əliyev tərəfinfən təməlli şəkildə möhkəmləndirilməkdədir, bu təməli sarsıtmaq isə mümkün deyil. Qoy müstəqil Azərbaycanımız hər zaman əbədi və uca olsun".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə