Xəzər rayonunun Mərdəkan qəsəbəsində 28 May Respublika günü münasibəti ilə Müasir İnnovasiyalar Liseyi Mərdəkan tədris korpusunun açlış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Vaqif Həsənov, Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Xəzər rayon Ziyalılar cəmiyyətinin sədri Təvəkkül Səlimov, rayon ictimayyətinin nümayyəndələri, valideynlər, məktəblilər, KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan professor Əhməd Vəliyev təhsil sahəsinin qarşısında duran vəzifələrdən və Müasir İnnovasiyalar Liseyinin faliyyətindən danışıb. Milli Məclisin deputatı Rauf Əliyev tədbirdə çıxış edərək son illər Xəzər rayonunda təhsil sahəsində əldə olunan uğurlardan danşaraq ildən-ilə ali məktəblərə daxil olanların sayının artdığını qeyd edib. O Müasir İnnovasiyalar Liseyinin Mərdəkan qəsəbəsində yeni korpusunun açılmasının rayonda təhsilin keyfiyyətinin daha da yuksəlməsinə şərait yaradacağını bildirdi və bu layhəni həyata keçirənlərə öz təşəkkürünü bildirib.
Çıxışının sonunda Rauf Əliyev tədbir iştirakçılarını 28 May Respublika günü münasibəti ilə təbrik etdi onlara işlərində uğurlar diləyib. Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Vaqif Həsənov, Ziyalılar cəmiyətinin sədri Təvəkkül Səlimov və digər qonaqlar çıxış edərək son illər rayonda təhil sahəsində görülən işlərdən danışdılar və Müasir İnnovasiyalar Liseyi Mərdəkan korpusunun açlışının rayon təhsilinə yaxşı bir töhvə olduğunu qeyd ediblər.
Tədbir şagirdlərin hazırladıqları musiqili kompozisiyalarla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB