Oqtay Əsədov ÜAK-la bağlı məsələni rusiyalı həmkarı ilə müzakirə edəcək
Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsini Rusiya Dövlət Dumasının sədri ilə müzakirə edəcək. SİA-nın məlumatına görə, bu barədə O. Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
"Məsələni Rusiya Federasiya Şurasının sədri ilə də müzakirə edəcəm. Bununla yanaşı, artıq məktublar hazırlamışıq və bizim Rusiya ilə İşçi qrupunun adından o ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq"- deyə, spiker qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB