Misir mətbuatı IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunundan yazır

Misir mətbuatı IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunundan yazır

Cari ilin mayın 5-6-da Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında informasiyalar Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik agentlik və qəzetlərində işıqlandırılıb. Belə ki, Misirin Yaxın Şərq Xəbərlər Agentliyi, Əl-Əhram, Youm7, Əl-Vətən, Nile.eg və sair qəzetləri Forumda bu ölkədə iştirak edən nümayəndələr barədə məlumat verib.

Eyni zamanda, həmin xəbərlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirlərə, beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşünə, Forumda müzakirə olunan mühüm mövzulara toxunulub, tədbirin əhəmiyyətindən söhbət açılıb. (AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə