IV Ümümdünya mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər" mövzusunda II Panel sessiya keçirilib. SİA-nın xəbərinə görə, panel sessiyada açılış nitqi ilə Heydər Əliyev Fondun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri Leyla Əliyeva çıxış edib.
Dünyanın müxtəlif ölkələrindən IV Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılan hər kəsə təşəkkürünü bildirən L.Əliyeva dialoqun alternativi olmadığını dilə gətirib. Xoşməramlı səfir söyləyib ki, insanlar arasında nə qədər dialoq olarsa, o qədər çox sülh üçün şərait yaranacaq: "Azərbaycan daim dinlərin, mədəniyyətlərin qovuşduğu məkan olub. Bütün xalqlar sülh şəraitində birgə yaşayıblar. Heç kəs bunu mədəniyyətlərarası dialoq kimi görməyib. Bu, onların həyat tərzi olub. Mədəniyyətlərarası mübadilələr ümumi məqsədlərimizə nail olmaqda yeni innovativ yolların tədqiqini şərtləndirir. Yoxsulluq və aclığı aradan qaldırmaqla sülhsevər inklüziv cəmiyyətə nail ola bilərik. Dünyada 870 milyon insan hələ də aclıq və az qidalanmadan əziyyət çəkir. Bu, elə bir vaxtdadır ki ərzağın üçdə biri atılır. İqlim dəyişikliyi bu vəziyyəti daha da gərginləşdirir. Məhsulların əldə edilməsi ekosistemimizə zərbə vurub. Mədəniyyətlərarası dialoqun gücləndiriməsi ənənəvi kənd təsərrüfatı biliklərinin yayılmasına və qorunmasına xidmət edir".
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser çıxışında bildirib ki, dünyada 100 minlərlə insan aclıqdan əziyyət çəkir: "Hər gün 1.4 milyon uşaq aclıqdan ölə bilər. Biz ərzaq təhlükəsizliyini təmsil etməliyik. Bu, həm sülh, həm də gənclər üçün mühüm məqamlardandır. QHT-lər məsələyə diqqətlə yanaşmalıdırlar. Ərzaq sosial mədəni mübadilə formasıdır. Müxtəlif mədəniyyətlər birləşdikdə yeni yemək hazırlanma üsullarını aşkar etdikdə o zaman biz mədəniyyətlərarası dialoqa üstünlük verməliyik. Son illərdə Avropada mətbəxlə bağlı kitablar çap olunur. Bu təşkilatlar birliyin yeni məfhumunu aşkar edirlər. Bununla anlaşma bərqərar olur. Bunun sayəsində yerli əhali ilə qaçqınlar arasında əmıkdaşlıqlar yaranır. Burada gənclər böyük rol oynayırlar. Yerli səpkidə gənclər üçün ərzaqla bağlı yeni iş yerləri açıla bilər. Əsas məqsədimiz ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Biz kənd təsərrüfatını dayanıqlı etməliyik. Əhalinin artımı yeni qlobal təhlükələri ortaya qoyub. Bu bir çox ölkələrdə ən əsas da inkişaf etmiş ölkələrdə özünü göstərməkdədir. Bu da öz növbəsində ətraf mühitə təsir göstərir".
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, qida siyasi diskussiyalarda az rolu olan sahə deyil: "Ərzaq adət-ənənələrin , ətraf mühitin, hər bir millətin , ailənin təzahürüdür. Biz ərzaqı qəbul etdikdə ölkənin iqlimini bilirik. Milli mətbəx hər millətin qavranmasında mühüm əhəmiyyət kəsb edir. Bəzi hallarda insanlar ölkəmizə gəldikdə deyirlər ki Azəbaycanda çox yeyirlər. Hətta deyirlər ki, kim çəkisini azaltmaq istəyir Azərbaycana getməsin. Bəzən həqiqətən də biz artıq qida qəbul edirik. Sizdə Azərbaycanda olduğunuz zaman ölkəmizin təamlarından dadın, ləzzət alın".
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Tərəfdaşlıq, Vəkillik və Potensialın İnkişafı ofisinin direktoru Marcela Villarreal söyləyib ki, ərzaq məsələsi mədəniyyətin bir hissəsidir: "Bir çox hallarda mədəniyyət kişilərdən qadınlara deyil, qadınlardan qızlara keçir. Əgər biz bu sahədə olan problemləri ifadə etsək o zaman dünyanı böhrandan qurtara bilərik. Ünsiyyət hər birimizin xilasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın dialoq təşəbbüsünü dəstəkləyir, hər kəsi bu forumda gözləyirik".
Panel çıxışlarla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB