Prezidentin köməkçisi: "Azərbaycan bu forumdan maksimum istifadə edir"

Prezidentin köməkçisi: "Azərbaycan bu forumdan maksimum istifadə edir"

Keçən il Azərbaycanda "Muültikulturalizm İli", bu il "İslam Həmrəyliyi İli" elan olunub. Azərbaycanın yürütdüyü siyasət xalqlar, dövlətlər, millətlər arasında mədəni və dini fərqlərə baxmayaraq, dialoqun güclənlirilməsi, islam həmrəyliyinə nail olunmasıdır. Bu Forum Azərbaycan dövlətin bu sahədə elan edilən siyasətinə uyğundur". SİA-nın məlumatına görə, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Qütbləşmə dövründə inklüziv dialoq" mövzusunun müzakirə olunduğu paneldə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi bildirib ki, Azərbaycan turizmi inkişaf etdirmək siyasəti yürüdür: "Bura gələn nümayəndə heyətlərinin üzvləri, ailə üzvləri və dostları, təmsil etdikləri potensial turistlərdir. Onlar Azərbaycanda inkişafı, sabitliyi, dünyəviliyi, xalqımızın qonaqpərvərliyini görürlər. Bu baxımdan bu tədbirin çox böyük əhəmiyyəti var. Azərbaycan prezidentinin Forumda çıxışı Azərbaycanın regionda və dünyadakı yürütdüyü proqram xarakterli siyasəti anlatdı. Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı və aparılan müzakirələr göstərir ki, Azərbaycan bu Forumdan maksimum istifadə edir".

Bütün xəbərlər Facebook səhifəmizdə