Ulu Öndər Sabunçuda anılıb FOTOLAR! - SƏS TV

"Ulu Öndərimiz bütün ömrünü Azərbaycan xalqının firəvan yaşamasına, dövlətimizin çiçəklənməsinə, möhkəmlənməsinə həsr edib"
Ulu Öndər Sabunçuda anılıb FOTOLAR! - SƏS TV
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, 11 saylı İnteqrasiya təlimli internat məktəbində baş tutan tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, partiya üzvləri, fəal gənclər və internat məktəbin şagirdləri iştirak ediblər.

Tədbir iştirakçıları ilk olaraq 11 saylı İnteqrasiya Təlimli internat məkətəbin foyesində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Daha sonra internat məktəbdə sağlamlıq imkanları məhdud olan şagirdlərin hazırladıqları sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri M.Abasquliyeva bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər bir azərbaycanlının ədəbiyaşar lideridir: "Ulu Öndərimiz bütün ömrünü Azərbaycan xalqının firəvan yaşamasına, dövlətimizin çiçəklənməsinə, möhkəmlənməsinə həsr edib. Biz çox xoşbəxtik ki, Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı dövlətin vətəndaşlarıyıq. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz acınacaqlı durumda idi. Həmin vaxt xalqın təkidli tələbi ilə Ulu Öndər Azərbaycana gəldi. Daxili və xarici düşmənlərimiz ölkəmizi dağıtmaq, parçalamaq istəyirdilər. Belə bir durumda xalqımızı, dövlətimizi parçalanmaqdan yalnız O dahi şəxsiyyət xilas edə bilərdi. Heydər Əliyev dövlət təhlükəsizlik orqanlarının ilkm azərbaycanlı generalı idi. Məhz Onun dövründə təhlükəsizlik orqanlarında milliləşmə siyasəti aparıldı. O zəngin dövlətçilik təcrübəsinə malik əvəzolunmaz tarixi şəxsiyyət idi. Hələ Sovet dövründə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev respublikamızı ən yüksək inkişaf mərhələsinə çatdırmışdı. Ona görə də xalqı, dövləti məhv olmaqdan yalnız o xilas edə bilərdi. Bir qrup təxribatçı ölkəmizin cənubunda qondarma "respublika" yaratmaq istəyirdi, başqa bir qrup ölkəmizdə vətəndaş müharibəsi aparırdı, ermənilər də rayonlarımızı işğal edərək günahsız insanları qətlə yetirirdilər. Məhz belə bir zamanda Ulu Öndər Heydər Əliyev Azərbaycana gəldi. Artıq bu gün dövlətimizin güücün, qüdrətini görürsünüz. Ümummilli Lider Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin atdığı addımlar sayəsində Azərbaycan dünyada söz sahibinə çevrilib. Ən yüksək tribunalrdan Azərbaycanın haqq səsi bütün dünyaya çatdırılır. Gənclərimiz böyük inkişaf yolu keçiblər. Onlar öz Prezidentinin ətrafında sıx birləşiblər. Bu gün Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasət xalq-iqtidar birliyinin ən nümunəvi modelini yaradıb. Ulu Öndər Heydər Əliyev irsi daim tədqiq olunmalı, gələcək nəsillər bu zəngin irsdən istifadə etməlidirlər".

Digər çıxış edənlər də Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsindən, xalqımızın xilaskarı kimi həyata keçridiyi addımlardan danışıblar.

Tədbirdə 11 saylı İnteqrasiya təlimli internat məktəbinin şagirdləri tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirlər səsləndirilib. Daha sonra internat məktəbin şagirdlərinə hədiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня