Əvəz Temirxan: "Lalə Şövkətin ALP-yə sədrliyinə ehtiyac görmürəm" İDDİA
Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan uzun müddətdir siyasi gündəmdə görünməyən siyasi təşkilatın lideri Lalə Şövkət Hacıyevanın yenidən partiyaya sədrliyə geri dönməsi məsələsinə aydınlıq gətirərkən deyib ki, şəxsən onun özü xanım siyasətçinin partiya sədri olmasına ehtiyacın olmadığını düşünür. SİA-nın məlumatına görə, Əvəz Temirxan ALP-nin quurultaya hazırlaşdığını deyərkən, Lalə Şövkətin sədr seçilməyəcəyi iddiası ilə çıxış edib.
Qeyd edək ki, ALP-nin sabiq sədri Lalə Şövkət Hacıyevanın yerini tutmuş Əvəz Temirxan bir müddət öncə onun bölgələrin birində istirahət etdiyini və yaxınlarda aktiv siyasətə geri dönəcəyini və yeni siyasi pproqramla çıxış edəcəyini desə də, partiya lideri gündəmə çıxmayıb.
Eyni zamanda Hacıyevanın xəstə olduğu və bununla bağlı Rusiyada uzunmüddətli müalicə kursu keçdiyi də verilən xəbərlər sırasındadır.
Xatırladaq ki, ALP sədri iki ildir qurultay keçirəcəklərini desə də, hələlik, partiyanın ali rədbiri baş tutmayıb. Buna səbəb kimi isə partiyadaxili ziddiyyətlərin olduğu da vurğulanır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB