Prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar müzakirə edilib XİN
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvadakı üçtərəfli görüşündə keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər əsnasında prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar ətraflı müzakirə edilib.
SİA xəbər verir ki, bu fikri Moskva görüşünü şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev qeyd edib ki, aparılmış üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB