Aprelin 27-də Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının IX konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyublar.
Sonra konfrans iştirakçıları Ulu Öndərin adını daşıyan Saraya gələrək, foyedə YAP Yevlax rayon təşkilatının fəaliyyətini əks etdirən vidioçarxa tamaşa edib, konfrans materialları ilə tanış olublar.
Konfrans öz işini akt zalında davam etdirib. YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov konfrans nümayəndələrinin tərkibi haqqında məlumat verib və Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
Təşkilat sədri konfransın işində iştirak edən qonaqları Yevlax şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov, YAP Siyasi Şurasının üzvü Pərvin Kərimzadə, YAP Mərkəzi Aparatinin məsul işçisi (kuratoru) Araz Xudadanovu konfrans nümayəndələrinə təqdim edib YAP Yevlax rayon təşkilatının Sədri İlham Məmmədov hesabat məruzəsi ilə çıxış edərək təşkilatın ötən konfransından keçən dövr ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verib. Natiq rayon təşkilatının rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs edərək qarşıda duran
vəzifələrə toxunaraq qeyd edib ki, partiyanın rayon təşkilatı bundan sonra da uğurlu fəaliyyətini göstərərək, Azərbaycanın inkişafına öz töhfələrini verəcək. "Yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrilmişdir"-deyə qeyd edən İ.Məmmədovun sözlərinə görə, partiyanın qüdrətli siyasi qüvvəyə çevrilməsinin, sıralarının gündən-günə artmasının səbəbi ondadır ki, onun yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət Azərbaycan xalqının xilaskarı, fəxri və iftixarı, Ümummilli Lider Heydər Əliyev olmuşdur: "Bu gün partiyanın nüfuzu daha da yüksəlir çünki ki, bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir".
.jpg)
Təşkilat sədri partiyanın rayon təşkilatının əks etdirdiyi statistik rəqəmlərə də toxunaraq bildirib ki, YAP Yevlax rayon təşkilatı özündə 57 məhəlli və 28 ərazi ilk partiya təşkilatını birləşdirir. Belə ki, hesabat dövründə paritiya üzvlərinin sayı 7140 nəfərdən 8600 nəfərə çatmış 4 yeni məhəlli və ərazi ilk partiya təşkilatları yaradılıb. Bunlardan 4410 nəfərini qadınlar, 2015 nəfərini gənclər təşkil edir.
Sonra Nəzarət təftis qrupunun hesabat məruzəsi dinlənilib. Təskilatın işində yol verilmiş nöqsan və çatışmamazlıqlara obyektivliklə qiymət verilib.
Məruzələrdən sonra hər iki hesabatlar ətrafında çıxıslara yer verilib.
YAP Yevlax rayon təşkilatının qadınlar şurasının sədri Əminə Əhmədova çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirərək qadınların da bu istiqamətdə gördüyü işlər barədə danışıb. O, Azəbaycan Respublikasının 1-ci Vitse Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın qadınlara verdiyi yüksək diqqət və qayğıdan da danışaraq vurğulayıb ki, bu siyasət
Yevlaxda da yüksək səviyyədə həyata keçirilir. Qadınların problemləri diqqət mərkəzində saxlanılır, onların yeni açılan iş yerlərində işlə təmin olunmasına köməklik göstərilir.
YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev də çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycan cəmiyyətində böyük sevinclə, maraqla qarşılanan əlamətdar bir hadisə olduğunu bildirib. Natiq vurguladı ki Yeni Azərbaycan partiyası xalqla dövlət arasında bir səmimiyyət körpüsüdür.
"YAP müstəqil Azərbaycanın əldə etdiyi ən böyük ugurdur və daimi yüksəlis mərhələsidir"-deyə qeyd edən Ə.Quliyev əlavə edib ki, partiyanın sıraları sürətlə artmaqda davam edir: "Sevinirik ki, bu artım özünü təkcə kəmiyyət deyil, keyfiyyət etibarı ilə də qabarıq şəkildə göstərir. Bu gün təşkilatımızda gedən sürətli inkişaf bütün sahələrdə özünü Fərqliliyi ilə seçilir və diqqət mərkəzindədir. Gənclərin sıralarımıza həvəslə qoşulması, onların şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməsi yevlaxlıların partiyamıza və onun Sədri cənab İlham Əliyevə birmənalı şəkildə məhəbbətinin və sədaqətinin bariz nümunəsidir".
Sonra konfransda təşkilatı məsələyə baxılaraq 47 nəfərdən ibarət yeni şura uzvu, 17 nəfərdən ibarət idarə heyəti, 7 nəfərdən ibarət nəzarət təftiş qrupu secildi. İlham Məmmədov yenidən səs çoxlugu ilə YAP Yevlax rayon təşkilatının sədri, Əli Quliyev, Vahid Quliyev, Elnarə Məmmədova YAP Yevlax rayon təşkilatının sədr müavinləri seçiliblər.
Sonda YAP Siyasi Surasinin üzvü Firdovsi Əliyev dərin və məzmunlu çıxıs edərək yevlaxlı YAP üzvlərinə işlərində uğurlar arzuladı və təskilatın işinə müsbət qiymət verib.
Yekunda konfrans istirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni səsləndirilib.
Afət TAHİRQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB