“Azərbaycanın təbliğat maşını ermənilərə layiqli cavab verə bilib” AÇIQLAMA

“Azərbaycanın təbliğat maşını ermənilərə layiqli cavab verə bilib” AÇIQLAMA

"Əslində 1915-ci ildə qondarma erməni soyqırımı deyil, Osmanlı hökumətinin qəbul etdiyi köçürmə siyasəti idi. Daha dəqiq desək, ermənilərin Şərqi Anadoluda vətəndaşı olduğu ölkəyə sərhəddən geri dönən rus əsgərlərinin verdiyi silahlarla silahlanaraq qarşı çıxmasıdır". Bunu SİA-ya açıqlamasında A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəslsəfə doktoru Tofiq Nəcəfli deyib.

Onun sözlərinə görə, 1915-ci ildə Osmanlı hökuməti ermənilərin onlara qarşı çıxmasını aradan qaldırmaq üçün növbəti addım ataraq onları İordaniyaya, Suriyaya köçürdü: "Köçürmə proseslərində azərbaycanlılar da Sibirə, Mərkəzi Asiyaya sürgün edilib. Təbii ki, həmin prosesdə ölənlər var idi. Lakin ermənilər bu prosesdə aclıqdan və xəstəlikdən ölənləri əllərində bayraq tutaraq, bunu kütləvi qırğın kimi qələmə verirlər".

Erməni təbliğat maşınının uzun illərdir ki, olmayan, yalan "soyqırımını" təbliğ edərək, dünya ictimaiyyətinə həqiqət kimi çatdırmağa çalışdığını dilə gətirən tarix üzrə fəslsəfə doktoru qeyd edib ki, Azərbaycan ermənilər tərəfindən dəfələrlə xalqımıza qarşı törədilən soyqırımılarının təbliğinə gec başlasa da, artıq əksər ölkələr bu həqiqəti qəbul edə bilib: "Artıq bununla bağlı Avropa ölkələrində, ABŞ-da Londonda kitablarımız nəşr olunaraq ölkəmizə gətirilib. Deyə bilərik ki, Azərbaycanın təbliğat maşını qısa müddətdə erməni təbliğat maşınına layiqli cavab verə bilib. Artıq ermənilərin ölkəmizə qarşı törətdikləri soyqırımıları ilə bağlı 25 adda sənəd toplusu nəşr edilib. Onların böyük bir hissəsi nəşrə hazırlanır".

T. Nəcəfli qeyd edib ki, Tarix İnstitutu həmçinin erməni yalanlarını ortaya çıxarmaq üçün 4 ildir ki, beynəlxalq soyqırımı konfransları keçirir: "Həmin konfranslarda dünyanın 10-dan çox ölkəsindən qonaqlar iştirak edir, məsələ ilə bağlı fikirlərini bildirirlər. Bu il də ənənəvi olaraq konfransımız Lənkəranda baş tutur. İntitutumuz son illər ermənilərin azərbaycanlılara qarşı bütün bölgələrdə törətdikləri soyqırımıları ilə bağlı tədqiqatlar aparıb, kitablar nəşr edib. Bu tədqiqatlar Cənubi Azərbaycandan başlayaraq, Urmiya, Şərqi Anadolu, İrəvan, Naxçıvan, Zəngəzur, Qarabağ, Şamaxı, Quba, Bakı, Lənkəran bölgələrini əhatə edir. Eyni zamanda dünyanın əksər ölkələrindən London, Dehli, Paris, Berlin, Türkiyə, Rusiya arxivlərindən sənədlər Azərbaycana gətirilərək, müəyyən hissəsi nəşr edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə