“Artsax” bayrağını qaldıran erməni idmançını növbəti turnirlərə buraxdılar” Fight Nights Global

Vardan Askanyan səhvə yol verdiyini etiraf etdi
“Artsax” bayrağını qaldıran erməni idmançını növbəti turnirlərə buraxdılar” Fight Nights Global

"Ermənistanı və Rusiyanı təmsil edən 23 yaşlı qarışıq döyüşlər üzrə idmançı Vardan Askanyan (56.7kq) və Rusiyanın Finght Nights Global təşkilatı əməkdaşığın davamı üçün razılığa gəliblər" SİA xəbər verir ki, erməni idmançının "facebook"dakı fikirlərini 1in.am saytı yayıb.

Astaryan yazıb ki, mövcud vəziyyətlə bağlı Finght Nights Global təşkilatı onun növbəti yarışlarda iştirakı üçün reqlament irəli sürüb. Reqalamentə görə, o yarışlara hazırlaşarkən, eləcə də çıxarkən idman ekiperovkaları və emblemləri, həmçinin bayraqları ilə bağlı etik qaydalara əməl etməlidir.

"İdman siyasətdən kənar qalmalıdır!"-deyə erməni idmançı etiraf edib.

Xatırladaq ki, bu ilin fevral ayının sonunda Rusiyanı təmsil edən krasnodarlı erməni idmançı Ximki şəhərində keçirilən yarışda azərbaycanlı idmançı Elnar İbrahimova qalib gələrək, qondarma "artsax" bayrağını qaldırmışdı və Azərbaycan tərəfinin təkidi ilə "etik normaları pozduğuna görə" ittihamı çərçivəsində Finght Nights Global təşkilatının sıralarından, eyni zamanda növbəti turnirlərdən çıxarılmışdı.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə