"Post neft dövrünün uğurlu sahələrindən biri hərbi sənayenin tanıdılmasıdır" MÜNASİBƏT

"Post neft dövrünün uğurlu sahələrindən biri hərbi sənayenin tanıdılmasıdır" MÜNASİBƏT

"Cənab Prezidentin sədirliyi ilə ötən gün Yevlax şəhərində qeyri-neft ixracatçılarının respublika müşavirəsi hesab edirəm ki, iqtisadi inkişafımızda yeni mərhələdir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Azərbaycan özünün post-neft mərhələsinə keçidinin artıq uğurla başladığını və ilkin nəticələrinin olduğunu göstərir: "İlkin nəticələr isə ondan ibarətdir ki, Azərbaycan həm ənənəvi kənd təsərrüfatı sahələri, həm də onun üçün yeni olan sənaye məhsulu istehsalı sahəsində uğurlar qazanır və onun məhsulu beynəlxalq bazarda özünə yer tapır: "

Deputatın sözlərinə görə, Azərbaycan üçün qeyri- ənənəvi sənaye sahələrindən biri hərbi sənaye məhsullarının buraxılışıdır: "2005-ci ildə ölkəmizdə Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə Azərbaycan öz qarşısına iki məqsəd qoydu. Birinci silahlı qüvvələrimizin silah və hərbi sursata olan təlabatının ödənilməsi, ikinci isə buraxılan məhsulun xarici bazarlarda satılaraq xarici valyutanın ölkəmizə gətirilməsidir. Birinci ilə Azərbaycan əsasən öz vəzifəsini yerinə yetirib. İkincidə də xeyli uğurlar var. Əgər Azərbaycan xarici bazarlarda ilk dövrlərdə ikinci, üçüncü dərəcəli hərbi sənaye məhsulu satırdısa, artıq birbaşa döyüş və müdafiə silahlarının, texnikanın satışı uğurla həyata keçirilir".

A. Mirzəzadə qeyd edib ki, Azərbaycan silahının alıcıları içərisində artıq inkişaf etmiş, özünün müdafiə sənayesi olan ölkələr də var: "Azərbaycan müdafiə sənaye müəssisələri artıq büdcədən maliyyələşmədən özlərinin fəaliyyətlərini davam etdirə bilirlər. Azərbaycan silah istehsalçıları, xaricdəki hərbi sənaye sərgilərində iştirak edərək, həm məhsullarını təbliğ edir, həm yeni məhsullara baxmaqla yanaşı alıcılarla müvafiq müqavilələr bağlayırlar. Bu müqavilələr artıq yüzlərlə və minlərlədir. Hərbi sənaye sahəsinin yaradılması və onun məhsuluna təlabatın olması, Azərbaycan istehsalı olan məhsulların həm keyfiyyətini, həm də texnoloji yeniliyin, günün tələblərinə cavab verdiyini göstərir. Bu sahənin böyük perspektivi var. Silah ilk növbədə müdafiə üçün istehsal olunur və Azərbaycan silahı dünya bazarında keyfiyyətinə, texnoloji yeniliyinə həmçinin qiymətinə görə fərqlənir. Hesab edirəm ki, post neft dövrünün uğurlu sahələrindən biri məhz hərbi sənaye sahəsinin özünü tanıtması olub".

Bütün xəbərlər Facebook səhifəmizdə