"Cəmiyyətdə az-çox hansısa vəzifədə olan şəxs çalışır ki, gündəmdə qalsın. İntellektual səviyyəli insanlar bunu düşünərək edir, atdığı addımların sonrasını da dəyərləndirir. Kimdə ki psixoloji problem var və yaxud təhsili, səviyyəsi aşağı səviyyədədir, onlar ağıllarına gələni deyil, ağızlarına gələni danışırlar". Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov millət vəkili Araz Əlizadənin "facebook" sosial şəbəkədə olanların hamısı avara adamlardır" fikrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu gün dünyada baş verən proseslər onu göstərir ki, innovativ yeniliklər cəmiyyətlərin inkişafı üçün mühüm imkanlar yaradır: "Bunun əksinə gedənlər isə sadəcə olaraq məğlubdurlar. Bu mənada hesab edirəm ki, sosial mediada olanları təhqir edən adama çox da fikir vermək lazım deyil. Mən belələrinə xəstə kimi baxıram və yazığım gəlir. Hər kəs öz fəaliyyəti barədə dostları ilə məlumatlar paylaşır. Bir deputat da qalxıb deyir ki, 2 milyon insan avaradır. Mənə kim inandırıcı arqument gətirə bilər ki, bu adamın psixoloji problemi yoxdur? Məncə, heç kim. Amma bir tərəfdən də belələrinin deputat olması məni çox incidir. Ümumilikdə Milli Məclis gəncləşməlidir, 125 deputatdan demək olar ki, 60-a yaxını heç bir iş görmür, yaşı-başı keçənlərdir. Milli Məclis Prezidentə dəstək olmalı, onun bu geosiyasi gərginliklər fonunda əsas dəstəkçisi olmalıdır. Amma gördüyümüz əksinədir: biri xaricdə yaşayan azərbaycanlıları oğru adlandırır, biri 2 milyon insana avara deyir və s".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB