Bu saata olan məlumata görə, bülletenlərin 74 faizi sayılıb. Sayılan bülletenlər göstərir ki, türklərin 54, 43 faizi "hə", 45, 56 faizi isə "yox" deyib.
Bu barədə milliyyet xəbər verir.
Seçicilər 167 min 140 seçki məntəqəsində səs veriblər. İlkin məlumata görə, seçici fəallığı 84.05 faiz olub.
Saat 19:05
Türkiyədə Konstitusiya dəyişikliyini nəzərdə tutan ümumxalq səsverməsi ilə bağlı bülletenlərin sayılması prosesi davam edir.
Yerli vaxtla saat 17.40-dək bülletenlərin 19.72 faizi sayılıb. İlkin məlumata görə, sayılan bülletenlərə əsasən seçicilərin 64,19 faizi konstitusiya dəyişikliyinə "hə" deyib.
Saat 18:12
Türkiyənin Muş əyalətində Çatbaşı kəndinin muxtarının (kəndxuda) həmin kənddən olan vətəndaşlarla birlikdə səsvermə kabinlərinə girdiği barədə sosial şəbəkədə məlumat yayılıb. Bu barədə Sputnik Türkiyə xəbər verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB