"Parlamentdə Büdcə və büdcəyə nəzarət palatası yaradılsın" TƏKLİF
"Hesablama Palatası öz fəaliyyətinin öhdəsindən gəlir. Lakin aşkar olunana nöqsanlarla bağlı daha ciddi tədbirlərin görülməsini istəyirik". SİA-nın xəbnərinə görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu günkü iclasında Hesablama Palatasının 2016-cı il üçün hesabatının müzakirəsi zamanı deyib.
Ölkədə maliyyə intizamı ilə bağlı problemlərin olduğunu deyən deputat söyləyib ki, dövlət büdcəsindən vəsait oğurlayanlara qarşı cəzalar daha da sərt olmalıdır: "Hesablama Palatasının hesabatına baxdıqda orada maliyyə nöqsanların qarşısının alınması ilə bağlı cəzalar o qədər də sərt deyil. Hesabatda bu cür nöqsanlara görə, işçilərin daha çox işdən azad olunması, töhmət verilməs və ya onların maaşlarından çıxması tədbirlərini görürük. Lakin biz bilmirik ki, işdən çıxarılanlar hansı səbəblə işdən azad ediliblər. Əgər nöqsanı yaradanlar həqiqətən onlardısa, o zaman həmin insanlar bir yerdən çıxıb digər iş yerinə düzələ bilirlər. Bu baxımdan cəzaların yalnız töhmət, işdən azad olunması və ya maaşdan çıxılması kimi tətbiq etməklə bu halların qarşısını almaq mümkün deyil. Bu cəzalar daha sərt olmalı, onlara qarşı cinayət işi açılmalıdır. Düzdür, bütün nöqsanlara görə Hesablama Palatasını günahlandırmaq olmaz".
Q. Həsənquliyev çıxışında Parlamentdə Büdcə və büdcəyə nəzarət palatasının yaradılmasını təklif edib: " Bizdə deputatlar nə büdcənin hazırlanması, nə də ona nəzarət funksiyasıda iştirak etmirlər. Lakin dünya təcrübəsinə baxsaq digər ölkələrin parlamentində yaradılan palataya müxalifəti təmsil edən deputatlar nəzarət edir. Xalqın vəsaitini oğurlayanlar cəzalandırılmalıdır. Oğurlanan vəsaitlərin geri qaytarılması yaxşıdır. Lakin onu edənlər də cəzasız qalmamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB