“Jamanak”: “Sarkisyan parlamentdə “cavanlaşma” apararaq öz adamlarını təyin edir”

“Jamanak”: “Sarkisyan parlamentdə “cavanlaşma” apararaq öz adamlarını təyin edir”

"Bu günlərdə parlamentin sədri vəzifəsinə hansı namizədlərin seçiləcəyi fəal şəkildə müzakirə olunmaqdadır və bu günə qədər ən mümkün namizəd kimi rusiyalı oliqarx Samvel Karapetyanın qardaşı Karen Karapetyan hesab edilirdi. Fəaliyyətdə olan parlament sədri Qalust Saakyan da Karen Karapetyanın sözügedən vəzifəyə təyin olunacağı ehtimallarını demək olar ki, təsdiq etmişdi ". SİA xəbər verir ki, bu fikirlər Ermənistanın "Jamanak" qəzetində sözügedən mövzuya həsr edilən yazıda verilib.

Erməni nərşrinin yazdığına görə, Serj Sarkisyan parlamentin rəhbərliyində və cavabdehlik daşıyan vəzifələrdə "cavanlaşma" aparmaqla yanaşı, həmin vəzifələrə yalnız öz adamlarını təyin etmək fikrindədir.

"Beləliklə, parlamentin 6-cı çağırışına rəhbərliyi hazırkı vitse-sədr Eduard Şarmazanov, "Respublika" partiyasının parlament fraksiyasına sədrliyi isə Armen Aşotyan edəcək"-deyə "Jamanak" yazır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə