Ermənilərin Şuşadakı məsciddə bərpa-qazıntı işləri aparmasına ETİRAZ

Ermənilərin Şuşadakı məsciddə bərpa-qazıntı işləri aparmasına ETİRAZ

"Ermənilərin Şuşa şəhərindəki Gövhər Ağa məscidində qazıntı-bərpa işləri aparması təxribat xarakteri daşıyır".SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamaslnda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. Onun sözlərinə görə, məscidi əqidəyə görə bərpa edərlər: "Axı ermənilərin əqidəsi yoxdur. Bu məsələ MDB Dinlərarası Şurasında Moskva və bütün Rusiyanın Patriarxı II Kiril və bütün ermənilərin katolikosu II Qareginlə müzakirə olunacaq. Bizim görüşümüzü təşkil etmək üçün komissiya yaradılıb. Ermənilərin bu addımına etiraz edirik". Qeyd edək ki, ermənilər tərəfindən işğal altında olan Şuşa şəhərinin Yuxarı Məscidində qazıntı və təmizləmə işlərinə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə