"İsrail Qarabağda sülh istəyir" Səfir

"İsrail Qarabağda sülh istəyir" Səfir

"Biz Dağlıq Qarabağda sülh istəyirik və hesab edirik ki, sülh Minsk prosesi əsasında olmalıdır". SİA "news.am"a istinadən xəbər verir ki, bunu Ermənistanın İsraildəki səfiri İliyah Yeruşalmi deyib. O bildirib ki, xalqların xeyrinə qəbul ediləcək hər bir qərarı İsrail tərəfi dəstəkləyəcək: "Ən əsası budur ki, regionda sülh bərqərar olsun".

Diplomat İsrailin Azərbaycana silah satmasına dair məsələyə də toxunub: "İsrail silah satışı məsələsini şərh etmir. Bu mövzu mənim İrəvanda görüşlərim zamanı qaldırılıb və yəqin ki, gələcək məsləhətləşmələrdə müzakirə olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə