Siyasi şərhçi: “Heç bir dövlət hansısa terror aktından sığortalanmayıb” MÜNASİBƏT
"Ümumrusiya Xalq Cəbhəsinin böyük media forum keçirdi. Bu tədbirdə həm çoxsaylı jurnalistlər, həm də prezident Vladimir Putin iştirak edirdi. Bundan başqa Sankt-Peterburq prezident Putinin doğma şəhəridir. Bunları nəzərə alaraq, demək olar ki, bu, əvvəlcədən planlaşdırılmış terror hadisəsi idi". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, maşinistin çox ağıllı hərəkət edərək qatarı tuneldən platformaya sürməsi nəticəsində terror qurbanlarının sayı çox olmadı: "Lakin yenə də bu qədər insanın ölümü və yaralanması təəssüf hissi doğurur. Rusiyada bu cür terror aktlarının törədilməsi bundan sonra da davam edə bilər. Buna Rusiyanın Suriyada apardığı əməliyyatlar, dünyada və regionda öz mövqeyini bərpa etmək istiqamətində atdığı addımlar, həmçinin Donbasda gedən müharibədə və bir sıra münaqişə ocaqlarında müxtəlif formalarda iştirakı səbəb ola bilər. Rusiyanın hüquq-mühafizə orqanlarının yüksək səviyyədə işlədiyini demələlərinə baxmayaraq, onlar da müəyyən səhvlər buraxıblar. Təbii ki, heç bir dövlət hansısa terror aktından sığortalanmayıb. Rusiyanın son zamanlar yürütdüyü siyasət buna misal kimi göstərilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB