Polad Bülbüloğlu UNESCO-da prioritetlərini açıqlayıb

Polad Bülbüloğlu UNESCO-da prioritetlərini açıqlayıb

Azərbaycan hökumətinin UNESCO-nun baş katibi vəzifəsinə namizədliyini irəli sürdüyü ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu öz prioritetlərini açıqlayıb. SİA-nın məlumatına görə, "Russkaya Qazeta"ya açıqlamasında əsas məqsədinin UNESCO-da siyasi mübarizəni minimuma endirmək olduğunu deyib. P.Bülbüloğlu bildirib ki, qarşıdurmalar üçün kifayət qədər formatlar var: "UNESCO-nun məqsədi humanitar sahədə fəaliyyət göstərməklə sülhə nail olmaq, təşkilatın indiki böhranlı şəraitə uyğunlaşdırılmasıdır. Mən bu istiqamətdə fəaliyyət göstərməyə hazıram. Ümid edirəm ki, bütün tərəfdaşlarımızla birlikdə bu yolun sonunda qürur duyacağımız bir iş olacaq". Qeyd edək ki, UNESCO-nun yeni baş katibi bu ilin oktyabrında seçiləcək. Polad Bülbüloğlu ilə yanaşı, bu vəzifəyə daha 9 nəfərin namizədliyi irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə