Son məlumatlaa görə, Sankt-Peterburq şəhərinin "Sennaya Ploşad" və "Texnologiçeskiy institut" metri stansiyaları arasında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 50 nəfərə çatıb. 10 nəfər isə həlak olub. SİA xəbər verir ki, RİA Novostinin bu xəbəri təsdiqləməsini Vesti.ru yazır. Belə ki, həmin məlumatı sayta Milli antiterror kimitəsi bildirib. Partlayış terror hadisəsidir və hadisə törədilərkən 200-300 qram troTil ekvivalentindən istifadə edilib.
"İntrefax" isə yazır ki, hüquq mühafizə orqanlarının bildirdiyinə görə, partlayış baş verən stansiyalarda tüstülənmə davam edir. Milli antiterror mərkəzi ilə yanaşı, hadisə yerində Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Xidməti cəmləşib. Onlar sərnişinlərin təxliyyəsini həyata keçirirlər.
Videoya bu linkdən baxa bilərsiniz:
http://www.vesti.ru/doc.html?id=2873402
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB