"Ermənistanda dünən keçirilən seçkilər açıq şəkildə total saxtalaşdırmaqla müşahidə edilirdi. Ermənistan mətbuatında yayılan xəbərlərdən və görüntülü kameralarla müşahidə etmək olurdu ki, seçki necə qanun pozuntuları ilə aparılır. Bütün dünya prezident Sərksiyanın özünün səsvermə məntəqəsində hansı vəziyyətə düşdüyünün və biabır olduğunun şahidi oldu. Ölkənin prezidentinin şəxsiyyət vəsiqəsini özlərinin gətirdiyi aparat tanımırdı. Sərksiyan ikinci pasportu ilə səs verdi. Ancaq diqqət çəkən məqam odur ki, Avropanın və Qərbin seçkini müşahidə edən beynəlxalq təşkilatlar hələ də Ermənistan baş vermiş seçki saxtalaşdırılmasına susur. Hətta deyilənə görə, ilkin bəyanatları o olub ki, beynəlxalq təşkilatların rəyləri MDB müşahidəçiləri ilə ilk dəfədir ki, eynilik təşkil edir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, hər kəs bilir ki, Sərkisyan bir səhra kandiridir. Qarabaş döyüşlərində iştirak edən başkəsən, qaniçən bir terrorçudur: "Onun keçirdiyi seçki də heç kimin demokratik gözləntisi yoxdur. İlk dəfə prezident kürsüsünə əyləşən Sərksiyan onlarla dinc erməni vətəndaşını qətlə yetirmişdi. Etiraz aksiyasına çıxan vətəndaşları güllələməkdən belə çəkinməmişdi. Sadəcə, bu, fakt onu deməyə əsas verir ki, heç də beynəlxalq təşkilatların qeyd etdiyi kimi azad seçki şüarı əsas deyil. Seçkidən bir gün keçməsinə baxmayaraq tanınmış qurumlar səslərini çıxartmırlar, Ermənistana öz sevgilərini gizlətmirlər də. Bir çox hallarda Ermənista görə, Rusiyanın apardığı siyasəti dəstəkləyirlər. Bu, bir daha sübut olundu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB