“Qazaxıstan bizimlə qardaş ölkədir” MÜNASİBƏT

“Qazaxıstan bizimlə qardaş ölkədir” MÜNASİBƏT

"Azərbaycan və Qazaxıstan dövlətləri arasında qarşılıqlı münasibətləri kökləri minilliklərə gedib çıxan dərin tarixi, mədəni, etnik amillər özünəməxsus edir, müasir siyasi, iqtisadi və b. maraqlar şərtləndirir". Bunu SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.

Deputatın sözlərinə görə, Qazaxıstan bizimlə qardaş ölkədir: "Azərbaycan-Qazaxıstan münasibətləri dünyanın qəbul etdiyi beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərə əsaslanır. İki ölkə arasında münasibətlərdə müzakirə ediləsi çoxlu məsələlər vardır. Bu səfər faydalı olacaq və münasibətlərdə yeni səhifə açacaq".

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi olub. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin məhdud tərkibdə görüşü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə