Ermənistanın baş prokurorluğu qarşısında piket AZADLIQ TƏLƏBİ

Toros Torosyan: “Deyilənlər nağıldır”
Ermənistanın baş prokurorluğu qarşısında piket AZADLIQ TƏLƏBİ

Artıq bir neçə gündür ki, Sari Tax sakinləri qohumlarının azadlığa buraxılması tələbi ilə günlərini Ermənistanın baş prokurorluğu qarşısında keçirirlər. Onlar ötən ilin 19 iyul tarixində Sari Tax kvartalında polislə qarşıdurmaya görə həbs edilmiş 10 nəfər vətəndaşın buraxılmalarını istəyirlər.

Piket iştirakçısı – həbsdə olan Arutyun Torosyanın qardaşı Toros Torosyan prokurorluqdan həbs edilənlərə qarşı çıxarılmış ittihamın dəyişdirilməsini tələb edir. O, hesab edir ki, onlara qarşı irəli sürülmüş ittiham heç bir gerçəkliyi əks etdirmir.

Həbs edilənlərdən doqquz nəfərinə cinayət işi üzrə hökumət nümayəndəsinə qarşı təhlükəli güc tətbiq etmə ittihamı irəli sürülüb. Əgər onların günahı sübuta yetirilərsə 5 ildən 10 ilə qədər həbs ediləcəklər.

Toros Torosyan qeyd edib ki, heç də hakimiyyət nümayəndələrinə qarşı həyati təhlükə yaradacaq hal baş verməyib, sadəcə məişət zəminində mübahisə olub: "Heç bir ağır xəsarətlər olmayıb, bütün deyilənlər nağıldır".

Piketçi sonda seçkilər öncəsi hakim "Respublika" partiyasına müraciət etmək istədiyini deyib və bildirib ki, o və digərləri balaca şəhərdə yaşayırlar, bir kvartaldan isə 10 nəfər həbs edilib.

"Əgər onlar (hakim partiya-R.N.) problemin əlli yolunu tapa bilmirlərsə, mən Qagik Tsarukyana müraciət etməli olacağam".

Onu da qeyd edək ki, oloqarx milyarder Qagik Tsarukyan "Çiçəklənən Ermənistan" partiyasının təmsilçisi kimi hakimiyyətin əsas rəqiblərindən biridir və o aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkilərinə qatılacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə