Politoloq: “Ermənistandakı seçkilərdən sonra hər hansı qərar verilə bilər” AÇIQLAMA
"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin istər Azərbaycanda, istərsə də Ermənistanda bəyanatlarını ABŞ nümayəndələri səsləndirir. Bu proses Ceyms Uorlikin vaxtında da belə olub, hazırda Riçard Hoqland da bu ənənəni davam etdirir. Rusiya nümayəndələri separatçılarla görüşlərdə bəyanat verir, fransızlar isə susur. Təbii ki, bunların hamısı heç də məqsədsiz deyil". Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.
O qeyd edib ki, İrəvanda R.Hoqland tərəfindən verilən son bəyanatda əsas məsələ münaqişənin həlli ilə bağlı planın Lavrova aid olmadığını bildirməsidir: "Bununla belə ABŞ nümayəndəsi müxtəlif planlardan təşkil edilən yeni bir variantın olduğunu bəyan etdi. Düşünürəm ki, bu plan ilk növbədə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı olmalıdır. Sonradan isə mərhələli şəkildə Madrid, Vyana, Sankt-Peterburq, Kazan görüşlərinə uyğun olaraq status və digər məsələlərin həlli ilə nəticələnməlidir. Bundan sonra məsələ xarici işlər nazirləri və dövlət başçıları səviyyəsində müzakirə edilməlidir. Bütün bu proseslər Ermənistanda aprelin 2-də keçiriləcək seçkilərdən asılıdır. Ermənistandakı seçkilərdən, orada iqtidarda qalacaq qüvvələrin kimliyi bəlli olandan sonra hər hansı qərar verilə bilər. Deməli, hazırda hər hansı bəyanatın icrasını gözləmək olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB