Əli Kərimlinin konqresmen dostu "erməni soyqırımı" qətnaməsini yazdı ADAM ŞİFF+FAKTLAR

Əli Kərimlinin konqresmen dostu "erməni soyqırımı" qətnaməsini yazdı ADAM ŞİFF+FAKTLAR

ABŞ-ın ermənipərəst konqresmenləri Adam Şiff və Deyv Trott qonrama erməni soyqırımının bu ölkə tərəfindən rəsmən tanınması istiqamətində qətnamə hazırlayıblar. SİA-nın xəbərinə görə, bu barədə yazan Ermənistanın "NEWS.am" saytı qeyd edir ki, sözügedən qətnamədə "1915-1923-cü illərdə erməni xalqının Osmanlı imperiyası tərəfindən genosidə məruz qalması" kimi fikirlər yer alıb.

Müəyyən olunub ki, qondarma qətnamənin təsirli olması üçün konqresmenlər hazırda "İslam Dövləti" (keçmiş adı "İŞİD"-red.) terror təşkilatının da İraqda və Suriyada ermənilərə qarşı bənzər soyqırımı törətdiklərini iddia ediblər.

Ermənipərəst konqresmenlərin təşəbbüslərinə ABŞ konqresinin Ermənistan məsələləri üzrə qrupunun üzvləri – konqresmenlər Valado, Bilirakis, Pallone və Şpeyer də qatılıb. Onlar qondarma erməni soyqırımının ABŞ dövləti tərəfindən rəsmən tanınması istiqamətində Adam Şiffin və Deyv Trottun təşəbbüsünü dəstəklədiklərini bəyan ediblər.

Qondarma erməni soyqırımının qızğın təşəbbüskarlarından biri olan konqresmen Adam Şiff aşkar şəkildə Azərbaycan əleyhinə olduğunu konqresdəki çıxışları ilə təsdiq edib və işğal altındakı olan separatçı "dqr"in tanınması istiqamətində fəaliyyət göstərir

Xatırladaq ki, qondarma erməni soyqırımının qızğın təşəbbüskarlarından biri olan konqresmen Adam Şiff aşkar şəkildə Azərbaycan əleyhinə olduğunu konqresdəki çıxışları ilə təsdiq edib və işğal altındakı olan separatçı "dqr"in tanınması istiqamətində fəaliyyət göstərir. Məsələn, Şiff ABŞ-ı Azərbaycana hərbi yardımı dayandırmağa, Qarabağın separatçı rejiminə və işğalçı Ermənistana maliyyə yardımlarını artırmağa çağrırıb. Ermənipərəst konqresmen Nümatəndələr Palatasının Birgə proqramlar və xarici əməliyyatlar yarmkomitəsini Ermənistana və Dağlıq Qarabağa 40 milyon dollar yardım ayırmağa da səsləmişdi.

AXCP sədri Əli Kərimlinin nəzarətində fəaliyyət göstərmiş "Azadlıq" qəzeti Aadam Şiffi bütün zamanlarda təbliğ edib

Eyni zamanda Azərbaycan hakimiyyətinə və dövlətinə qarşı antipatiya hisslərini gizlətməyən Aadam Şiffin bəyanatları Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin nəzarətində olan "Azadlıq" qəzetində dərc edilib.

https://www.azadliq.info/156918.html, https://www.azadliq.info/24644.html, https://www.azadliq.org/a/2027726.html.

Onu da əlavə edək ki, Kaliforniya ştatından olan yəhudi əsilli konqresmen hələ 2007-ci ildə bənzər təşəbbüslə çıxış etmişdi. O, qeyd etmişdi ki, seçilldiyi ərazidə 70 min erməni yaşayır. Məhz bu məntiqlə o, həmin il "erməni genosidi" məsələsini qanun şəklində (United States resolution on Armenian Genocide) gündəmə gətirmişdi. Lakin həmin vaxt Türkiyənin baş naziri olan hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın kəskin xəbərdarlığından sonra ermənipərəst konqresmen bu arzusunu reallaşdırmağı bacarmamışdı.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə