Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir? III Panel

Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir? III Panel

Qlobal Bakı Forumu çərçivəsində Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir? mövzusunda panel keçirilib. SİA-nın xəbərinə görə, panelə Gürcüstanın baş nazirinin müavini Eka Thekalaşvili moderatorluq edib.

Ilk çıxış edən Bolqarıstanın sabiq prezidenti Peter Stoyanov bildirib ki, SSRİ parçalandıqdan sonra ABŞ -ın yeganə güc olması təəsüratı yaranıb.

Onun sözlərinə görə, Avropa ölkələri NATO-nun gələcəyinə inanır.

Çıxış edən Ekvadorun sabiq prezidenti Rosalia Arteaga çıxışında deyib ki, bu gün ABŞ proteksionizm siyasəti aparır:" Mənə elə gəlir ki ABŞ Böyük Britaniya ilə əlaqələri gücləndirəcək, ittifaq yaradacaq".

Xorvatiyanın sabiq prezidenti İvo Jasipoviç bildirib ki, nəinki böyük ölkələr eyni zamanda regional güclər siyasi arenada çox böyük rol oynayırlar:" Lakin burada iqtisadi imkanlar da nəzərə alınmalıdır. Bir neçə faktorlar var ki onlar gələcəkdə öz təsirini göstərəcək. Bu ra ABŞ-ın yeni doktrinası, Rusiyanın güc sahibi olması və digərləri. İnsanlar nə baş verəcəyindən narahatdırlar. Bəzi dövlətlər müxtəlif ittifaqlar da iştirak edəcəklər. Bununla da qeyri - müəyyən ittifaqlar yaranacaq".

Onun sözlərinə görə, narahatedici məsələlərdən biri Qərbin müxtəlif ölkələrə müdaxiləsindən sonrakı məsələləri praqnozlaşdıra bilməməsidir:" Məni qorxudan vəziyyət Suriyada baş verənlərin digər ölkələrdə baş verməsidir. Mənə elə gəlir ki böyük güclər buna imkan verə bilərlər".

Fransanın sabiq maliyyə naziri Edmund Alphandery vurğulayıb ki, dünyadakı siqnallar göstərir ki hələ də Avropa İttifaqına inam itməyib. Onun sözlərinə görə, bu məsələni daha dərindən araşdırdıqda görürük ki, əksər insanlar bu ittifaqın mövcudluğunu dəstəkləyir:"Maraqlı məsələ daha hansı ölkənin ittifaqdan çıxması ilə bağlı referendumun keçirilməsidir. Yəqin ki Şotland lya ittifaqdan çıxacaq növbəti ölkə olacaq. Lakin ümid edirəm ki mənim ölkəmdə belə seçki keçirilməyə ək. Mənim fikrimcə bizim konfranslarda cavablandırmaq olduğumuz ilk sual Avropa İttifaqının hansı işlər görməsidir. Bir çox ölkələrdəki üsyanlar kontekstində nəzərə almalıyıq ki Avropa layihəsi ölkələrinə sülh gətirib. Çünki Avropada tarixdə dəfə lə lərlə münaqişələr olub. 60 ildir ki bu bölgədə sülh bərqərar olunub".

Rumıniyanın sabiq baş naziri Petre Roman qeyd edib ki, bu gün dünyada 3 qlobal sürətlənmə baş verir. Onun sözlərinə görə, hazırda ölkələr bir birinə daha çox təsir etmək gücünə malikdirlər: "Bu gün dünyada iqlim dəyişikliyi gedir.Məhz bunun səbəbidir ki, havanı dəqiq proqnozlaşdıra bilmirik".

"Concordia"nın həmtəsisçisi, İdarə heyətinin sədri Nikolas Logothetis qeyd edib ki, dünya hər gün fundamental olaraq dəyişir.

Onun sözlərinə görə, ABŞ dünyanın müxtəlif ölkələrində mühüm rola malikdir:"Heç kim bilmir ki ABŞ-ın yeni administrasiyası hansı siyasəti həyata keçirəcək. Obama administrasiyası Yunanıstanın Aİ -dən çıxmaması üçün əlimdən gələni etmişdi.Lakin yeni administrasiyanın nı edəcəyi heç kimə məlum deyil. Mən əminəm ki ənənəvi respublikaçılar qalib gələcək. Lakin iyun ayında nə baş verəcəyini gözləyirik, ümid edirik ki, müxtəlif sahələrdə dəyişiklik olacaq".

Panelin sonunda çıxışında edən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. O çıxışında beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı fikirlərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə