"Dağlıq Qarabağ məsələsi AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin bu gün Bakıda keçirilən iclasında qaldırılacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O bildirib ki, iclasda çox vacib məsələlər müzakirə olunacaq: "Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemini, xüsusilə Ermənistanın uzun illər davam edən təcavüzü, təcavüz nəticəsində işğal olunmuş ərazilərimiz problemi, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi, bu istiqamətdə hökumətin gördüyü işlər, dünya birliyinin buna münasibəti, münaqişənin həll olunması çətinlikləri, Ermənistanın danışıqlar prosesində sərgilədiyi münasibət və digər məsələləri qaldıracağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB