Əfv Komissiyasının iclaslarında 950-dən artıq müraciətə baxılıb AÇIQLAMA
"Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları sona çatıb. Ümumilikdə komissiyanın 7 iclası çərçivəsində 950-dən artıq müraciətə baxılıb". Bu barədə SİA-ya açıqlamasında Prezident yanında Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev deyib.
Müraciətlərin hər birinin diqqətlə araşdırıldığını deyən komissiya üzvü bildirib ki, iclaslarda hər bir məhkumun müraciəti ilə bağlı müvafiq rəy hazırlamaq üçün qərar qəbul olunub:
"Həmin rəylər hazır olduqdan sonra komissiyanın rəhbəri tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq. Yaxın günlərdə Əfv Fərmanının imzalanacağı da istisna edilmir. Təbii ki, bu məsələ Azərbaycan prezidentinin səlahiyyətinə aiddir".
Ə. Nuriyev əlavə edib ki, ümumiyyətlə, Ölkə başçısının hər zaman Novruz bayramı ərəfəsində məhkumları və onların ailələrinə sevinc bəxş etdiyini nəzərə alsaq, inanırıq ki, builki bayramda da Əfv Fərmanının imzalanacağının şahidi olacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB