Hollandiya polisi Türk vətəndaşlarını itlərə yedirtdi VƏHŞİLİK - FOTOLAR

Hollandiya polisi Türk vətəndaşlarını itlərə yedirtdi VƏHŞİLİK - FOTOLAR

Hollandiya polisi Türkiyənin Rotterdamdakı səfirliyi qarşısına Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Qayaya dəstək vermək üçün toplaşan Türk vətəndaşlarına sərt müdaxilə edib. SİA-nın verdiyi məlumata görə, nazirə dəstək vermək və Hollandiya hökumətinin Türklərə qarşı diplomatik skandala səbəb olan hərəkətlərinə etiraz edən vətəndaşlara polis çox sərt şəkildə müdaxilə edib.

Əvvəlcə Türk vətəndaşlarının üzərinə TOMA maşınları vasitəsi ilə təzyiqli su şırnağı vurulub, sonra isə çoxlu sayda polis iti insanlara hücum edib. Çox sayda etirazçını it dişləyib, hətta bəziləri huşunu itirərək yerə yıxılıb. Atlı polislərin müdaxiləsi isə daha dəhşətli olub, aralarında Türk jurnalistlərin də iştirak etdiyi mətbuat nümayəndələri təhlükəsizlik güclərinin fiziki şiddətinə məruz qalıb.

Polis müdaxiləsindən sonra vətəndaşların böyük hissəsi bölgədən uzaqlaşmaq məcburiyyətində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə