ATƏT-in Mink qrupunun amerikalı həmsədri Riçard Hoqland ermənilər tərəfindən girov götürülərək qanunsuz "məhkəmə"ilə həbs edilmiş Şahbaz Quliyev və Dillqəm Əsgərovla bağlı məsələyə münasibət bildirməyib. SİA-nın məlumatına görə, Hoqland bununla bağlı sualın cavabında deyib: "Girovlarla bağlı məsələdən hər kəsin xəbəri var. Amma bu suala cavab vermək istəmirəm. Çünki kifayət qədər mürəkkəb və həssas məsələdir. İctimaiyyətə veriləcək hər hansı bəyanatla onu daha da mürəkkəbləşdirmək istəməzdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB