YAP hesabat-seçki yığıncaqlarını davam etdirir

YAP hesabat-seçki yığıncaqlarını davam etdirir

Biqədədi

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının IX konfransınaın hazırlıqla bağlı Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi 13 ünvanlı (Gigiyena və Epidemiologiya Mərkəzi) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

İclası giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Fədai Hacıyev iclasın gündəliyini diqqətə çatdırdıqdan slnra, hesabat məruzəsi ilə çıxış edərək partiya üzvlərinin fəallıqları ilə seçildiklərini və YAP Binəqədi rayon təşkilatının tədbirlərində mütəmadi iştirak etdiklərini tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, həmçinin partiyaya üzv olmaq üçün təşkilata çoxsaylı müraciətlərin edildiyini və hazırda üzvlərin sayının 73 nəfər olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, təşkilatın fəaliyyət planında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçirilib, bundan sonra da qarşıya qoyulan vəzifələr məsuliyyətlə icra edilməkdə davam edəcək.

Yığıncaqda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri – Nizami Zeynalov, Könül Əhmədova hesabat məruzəsinin qənaətbəxş olduğunu bildiriblər.

Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra, təşkilati məsələlər geniş müzakirə olunub. Qərara əsasən, 7 nəfərdən ibarət idarə heyəti, Fədai Hacıyev sədr, Nizami Zeynalov və Rövşən Nəbiyev sədr müavinləri və YAP Binəqədi rayon təşkilatının IX konfransına isə 2 nəfər nümayəndə seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ərazi ilk partiya təşkilatının fəaliyyəti barədə danışaraq, hesabatı qənaətbəxş hesab edib. Yeni seçilmiş sədr və sədr müavinini təbrik edərək onlara işlərində uğurlar arzulayıb.

Ağcabədi

YAP Ağcabədi rayon təşkilatının IX konfransına hazırlıqla əlaqədar növbəti hesabat-seçki yığıncağı Yuxarı Qiyamadınlı kənd ərazi ilk partiya təşkilatında keçirilib. Hesabat məruzəsi ilə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Laçın Qasımov bildirib ki, hesabat dövründə YAP üzvlərinin sayı 57 nəfər artaraq 162 nəfərə çatıb. O, bildirib ki, ərazi ilk partiya təşkilatı YAP Ağcabədi rayon təşkilatı ilə sıx əməkdaşlıq edir, bütün tədbirlərində yaxından və fəal iştirak edir.

Məruzə ətrafında çıxış edənlər Elburus Mirzəyev, Vəli Mirzəyev, Kamal Şirinov ilk təşkilatın işindən razılıqlarını ifadə edərək, fəaliyyətini qənaətbəxş hesab ediblər.

Sonra ilk təşkilatın idarə heyətinin yeni üzvləri, Laçın Qasımov yenidən ilk təşkilatın sədri, YAP Ağcabədi rayon təşkilatının IX konfransına isə nümayəndələr seçilib.

Yığıncaqda iştirak edən YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, YAP rayon təşkilatının fəaliyyətindən danışıb. O qeyd edib ki, mart 1993-cü ildə 12 nəfərlik təşkilat komitəsi ilə əsası qoyulan YAP Ağcabədi rayon təşkilatı bu gün 13100 nəfər partiya üzvünü özündə birləşdirir.

Teymur Rəhimov yeni seçilən heyəti təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə