Mehriban Əliyevanın deputat mandatına xitam verilib SƏS TV

Mehriban Əliyevanın deputat mandatına xitam verilib SƏS TV

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

SİA-nın məlumatına görə, iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

MSK sədri Məzahir Pənahov bildirib ki, Mehriban Əliyeva martın 3-də MSK-ya müraciət edərək Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi ilə əlaqədar Milli Məclisin deputatı səlahiyyətlərinə xitam verilməsini xahiş edib.

Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə