Hikmət Hacıyev: "Petisiyaya qoşulanların sayı 8000-ə çatıb"

Hikmət Hacıyev: "Petisiyaya qoşulanların sayı 8000-ə çatıb"

Fransada Xocalı soyrımının tanınması ilə əlaqədar petisiyaya qoşulanların sayı 8000-nə çatıb. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyevin SİA-ya verdiyi məlumata görə, Fransada fəaliyyət göstərən vəkil Avocat Olivier tərəfindən www.change.org saytında Xocalı Soyqırımının tanınması üçün Petisiya (PÉTITION POUR FAIRE RECONNAÎTRE LE MASSACRE DE KHOJALY) yerləşdirilib.

Petisiyada Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş qətliam nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfərin qətlə yetirildiyi, 1275 sakinin girov götürüldüyü, 150 nəfərin taleyinin isə bu günədək naməlum qaldığı barədə məlumat verilir.

Təəssüflə qeyd edilir ki, Fransa ictimaiyyəti bu faciə haqqında az bilgilidir. İnsan hüquqlarının ənənəvi müdafiəçisi, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin tanınmasına böyük önəm verən dövlət kimi Fransa bu soyqırıma münasibətdə fərqli mövqe tutmamalıdır.

Petisiyada Fransa Hökumətinə və beynəlxalq təşkilatlara müraciət edilərək Xocalı soyqırımının tanıdılmasına çağırış edilir.

https://www.change.org/p/petition-pour-faire-reconnaitre-le-massacre-de-khojaly?recruiter=686290955&utm_source=share_petition&utm_medium=email&utm_campaign=share_email_responsive

Bütün xəbərlər Facebook səhifəmizdə