"Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" Səfir

"Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" Səfir

"Moldova Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti izləyir". SİA-nın məlumatına görə, bunu Moldovanın Azərbaycandakı səfiri George Leuka deyib. O bildirib ki, ölkəsi də oxşar münaqişə ilə qarşılaşıb. Diplomat XİN-lər arasında keçirilən məsləhətləşmələr zamanı bu məsələnin də müzakirə olunduğunu əlavə edib: "Moldova hər zaman bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz Azərbaycanla və digər ölkələrlə beynəlxalq təşkilatlarda münaqişələrin həlli ilə bağlı məsələlərdə bir-birimizi dəstəkləyirik".

Diplomat qeyd edib ki, bu problemin həlli ilə bağlı yaradılan formatlar münaqişənin beynəlxalq hüquq çərçivəsində nizamlanmasına və bütün tərəflərin qəbul edəcəyi həll yolunun tapılmasına çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə