“Ermənistanın işğalçılıq siyasətini bütün toplantılarda qaldırmalıyıq" Ərdoğan
"Dağlıq Qarabağ münaqişəsi uzun illərdir davam edir və 20 ildən çoxdur aparılan danışıqlar heç bir nəticə verməyib". SİA-nın "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Əroğan İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində çıxışı zamanı deyib. O bildirib ki, bu toplantı iqtisadi sammit olsa da, əsl məqsəd siyasətdir, siyasi yanaşmadır.
Onun sözlərinə görə, hər hansı məsələdə addım atarkən siyasəti kənara qoymaq mümkün deyil. Əroğan hazırda bir çox müsəlman ölkələrinin problemləri olduğunu bildirib: "Əfqanıstanın, Azərbaycanın sıxıntıları var. Dağlıq Qarabağ problemi mövcuddur. 20 ildən çoxdur davam edən bu münaqişə ilə bağlı danışıqlarda heç bir nəticə əldə olunmayıb. Bu məsələdə həm İqtisadi Əməkdaşlıq Təşkilatı, həm də İslam Əməkdaşlıq Təşkilatı olaraq qətiyyətli addımlar atmalıyıq. Ermənistanın işğalçılıq siyasətini bütün beynəlxalq toplantılarda qaldırmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB