“Aprel müharibəsinin bütün detalları ortaya çıxmayıb” Sabiq həmsədr
"Beynəlxalq vasitəçilər atəşkəsə əməl etmək üçün Qarabağ münaqişəsinin tərəflərinə kömək etməlidirlər". SİA "news.am" a istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun sabiq həmsədri Ceyms Uorlik deyib. O bilirib ki, danışıqlar prosesində irəliləyişə nail olmaq, insanların həyatını xilas etmək üçün atəşkəsə rejiminə hörmət edilməsi, vəziyyəti normallaşdırmaq vacibdir.
O, prezidentlərin görüşə razılıq verəcəyinə ümid etdiyini bildirib: "Mən ötən il dekabrın sonunda həmsədrlik postundan gedərkən danışıqlar masasında tərəflər arasında müzakirə imkanı yaradacaq maraqlı təkliflər var idi".
Sabiq həmsədr bugünədək aprel müharibəsinin bütün detallarının ortaya çıxmadığını əlavə edib: "Ötən ilin aprelində biz çoxsaylı itkilərin şahidi olduq, mən hələ bu gün də dəqiq qurbanların sayını bildiyimizdən əmin deyiləm. Artıq sülhün vaxtı gəlib çatıb. Sülh regionda hər şeyi dəyişəcək. Ermənistan üçün isə sülh bütün cəmiyyətin əsasını dəyişəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB