Ermənistan ordusunun atəş nöqtəsi və PUA məhv edilib

Ermənistan ordusunun atəş nöqtəsi və PUA məhv edilib

Fevralın 25-də mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, düşmən itkilərə məruz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə