Əli Həsənov: “Bu təyinatla dinamizmi müşahidə edəcəyik” MÖVQE

Əli Həsənov: “Bu təyinatla dinamizmi müşahidə edəcəyik” MÖVQE

"Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezident təyin edilməsi münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, bu təyinat Azərbaycan xalqına, dövlətimizə, millətimizə qarşıdakı illərdə töhfələr verəcək". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

O bildirib ki, bu təyinat nəticəsində Azərbaycan dövlətçiliyində dinamizmi müşahidə edəcəyik: "Xaraktercə dinamik insan olan Mehriban Əliyevanın xarakterinin dövlət idarəçiliyinə sirayət edəcəyinin şahidi olacaqsınız".

Bütün xəbərlər Facebook səhifəmizdə