Həmsədrlər regiona gəlir

ATƏT-in Minsk qrupunun həmsədrləri gələn ay regiona səfər edəcəklər. SİA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə naziri Mahmud Əli Yusuf ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, dünən rusiyalı həmsədrlə telefonla danışıb və səfərin tarixi ilə bağlı müzakirələr aparılıb: "Güman ki, səfər martın ortasında baş tutacaq. Vasitəçilər həm Azərbaycanda, həm Ermənistanda olacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə