Fəzail İbrahimli: "Xocalı ilə bağlı təbliğatı gücləndirməliyik" MÜNASİBƏT
"Xocalı soyqırımı 200 ildən artıq Azərbaycan xalqına qarşı aparılan siyasi xəttin növbəti addımıdır. XX əsrdə ölkəmizə qarşı həyata keçirilən soyqırımın tarixinə nəzər yetirsək görərik ki, ermənilər V-VII əsrdə Yaponiyada gedən müharibədən, 1918-ci ildə isə çar Rusiyasının iflasa uğrayıb, yerinə bolşevik hakimiyyətinin gəlməsindən istifadə edərək soyqırımı törədiblərsə, Xocalı soyqırımı isə 1992-ci ilin 26 fevral tarixində isə Demoqrafik Rusiya dövründə baş verən hərəkat idi. Bütün hallarda sifariş və icra edənlər eyni olub". Bu fikirləri SİA-ya millət vəkili Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, Xocalı Azərbaycan xalqının harayıdır. Hazırda Xocalı faciəsinin dünya ictimaiyyətinə tanıdılması istiqamətində "Xocalıya ədalət" kampaniyasının həyata keçirildiyini xatırladan millət vəkili söyləyib ki, ümumilikdə bu istiqamətdə ölkəmizdə mühüm işlər görülür, addımlar atılır: "Xocalı Azərbaycan xalqının nisgili, dərdidir. Xocalının işğaldan azad edilməsi xalqımızın qarşısında vəzifə və borcdur. Hər il Xocalı faciəsinin il dönümü ərəfəsində həm ölkəmizdə həm də digər ölkələrdə müxtəlif tədbirlər, aksiyalar keçirilir. Faciənin daim yaddaşlarımızda qalması üçün paytaxtımızda "Ana harayı" abidəsi ucaldılıb. Dövlət tərəfindən bu istiqamətdə aparılan siyasət xətlə yanaşı, hər bir vətəndaşımız Xocalı ilə bağlı təbliğatını gücləndirməlidir".
F. İbrahimli qeyd edib ki, Xocalı sakinləri torpaqlarımız işğaldan azad edildikdən sonra öz torpaqlarını geri qayıtsalar da bu faciə heç zaman unudulmayacaq.
Gənclərin faciələrlə ilə bağlı kifayət qədər maarifləndirilməsi məsələsinə gəlincə millət vəkili vurğulayıb ki, soyqırımı ilə bağlı aparılan maarifləndirmə məsələlərində əsas diqqət erməni sifətinin ifşa edilməsinə yönəlməlidir: "Faciə ərəfəsində bütün təhsil müəssisələrində Xocalı ilə bağlı dərslər keçirilir, maarifləndirmə ilə bağlı işlər görülür. Lakin gənclərimizə də birmənalı baxmaq olmaz. Ölkəmizdə qürur verici gənclərimiz kifayət qədərdir. Lakin çox təəssüf ki, heç zaman kitab oxumayıb, televiziyaya baxmayan gənclərimiz də var ki, onlar bu faciə haqqında heç bir məlumata sahib deyillər. Biz ümumilikdə təbliğatı gücləndirməli özünü dünyada yazıq, soyqırımına məruz qalan xalq kimi təqdim edən ermənilərin iç üzü açmalıyıq. Biz dünyaya ermənilərin özlərinin soyqırımı törətdiklərini çatdırmalı, həqiqətlərimizin tanıdılmasına çalışmalıyıq. Nə qədər ki, Xocalı işğaldan azad edilməyib, orada qətlə yetirilən günahsız insanların ruhu sakitləşməyəcək. Ən azı biz bu ruhları ünvanına qaytarmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB