Arzu Nağıyev: "Görüş region dövlətlərinə mesajdır" AÇIQLAMA

Arzu Nağıyev: "Görüş region dövlətlərinə mesajdır" AÇIQLAMA

"Bu gün ABŞ və Rusiya Silahlı Qüvvələrinin qərargah rəislərinin görüşünün məhz Bakıda keçirilməsi Azərbaycanın təhlükəsiz ölkə olduğunu bir daha göstərir". Bunu SİA-ya açıqlamasında siyasi-şərhçi Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, bu eyni zamanda Azərbaycan dövlətinin həm ABŞ, həm də Rusiyaya qarşı həyata keçirdiyi balanslı siyasətinin təzahürüdür: "Azərbaycan Prezidenti İlham Əliyevin həm rusiyalı, həm də amerikalı həmkarı ilə yüksək səviyyəli əlaqələrinin olduğu danılmaz faktdır. Azərbaycan NATO sisteminin bir sıra sülhməramlı qüvvələrinin tədbirlərində yaxından iştirak eyməklə yanaşı, MDB məkanında da Rusiya ilə bir sıra hərbi anlaşmalara malikdir. hesab edirəm ki, həm təhlükəsizlik, həm Dövlət başçımızın şəxsi nüfuzu, həm də ölkələr arasında normal münasibətlərin olması bu görüşün ölkəmizdə keçirilməsinə təkan verən amillərdir".

Bu gün həm Rusiya, həm də ABŞ-ın super güclər olduğunu dilə gətirən A. Nağıyev qeyd edib ki, bu baxımdan hər iki ölkənin qərargah rəislərinin məhz Bakıda keçirilməsi çox müsbət və təqdirəlayiq haldır.

Siyasi şərhçi əlavə edib ki, görüş region dövlətlərinə də bir mesajdır.

Bütün xəbərlər Facebook səhifəmizdə