Tramp administrasiyası: CNN-in xəbərləri ürkəbulandırıcıdır

Tramp administrasiyası: CNN-in xəbərləri ürkəbulandırıcıdır

ABŞ-ın xüsusi xidmət orqanları prezident Tramp barəsində məruzə edilmiş Rusiya kompromatlarının gerçəkliyini təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı CNN telekanalı məlumat yayıb. Məlumata görə, xarici vətəndaşlar arasında bu haqda gedən danışıqlar 35 səhifəlik arayışda qeyd olunub

Adıçəkilən telekanal xüsusi xidmət orqanlarının əlində olan zənglərin vaxtı, kimlərin zəng etməsi və zənglərin haradan olunması faktlarını da ictimailəşdirib. Lakin danışıqların məğzi barədə heç nə deyilmir. Buna baxmayaraq, KİV-lər xüsusi xidmət orqanlarının bu məsələdə yanılmadıqları qənaətindədirlər.

Artıq Ağ evin mətbuat katibi Şon Spayser də bu barədə sərt bəyanat səsləndirib. O, qeyd edib ki, Tramp administrasiyası CNN-nin saxta xəbərlər yaymasını ürəkbulandırıcı hesab edir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə