Mərkəz sədri: “Xəzərdə dənizdibi seysmik stansiyaların quraşdırılması vacibdir”
"Xəzərdə potensial gücə malik olan zəlzələ ocaqları var. Xəzər həm palçıq vulkanları, həm də zəlzələ ocaqları ilə çox zəngindir. Xəzərin cənubundan tutmuş şimalına qədər zəlzələ ocaqları var. Bakı və Abşerondakı zəlzələlər də Xəzərdəki zəlzələ ocaqlarının aktivləşməsi nəticəsində baş verir". SİA-nın verdiyi məlumata görə, bunu AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mərkəz sədrinin sözlərinə görə, Xəzərdə baş verən hər bir zəlzələ gücündən asılı olaraq, neft yataqlarında da müəyyən çatlar əmələ gətirə bilər: "Əgər Xəzərdə baş verən zəlzələlər zamanı neft yatağı daxilində çatlar əmələ gəlirsə, istər-istəməz yataqdakı neftin hər hansı istiqamətə axını gedəcək. Xəzərdə dənizdibi seysmik stansiyaların quraşdırılması vacibdir".
O bildirib ki, dənizdə ilkin olaraq, 3 stansiyanın quraşdırılması nəzərdə tutulur: "Onların yeri də müəyyənləşdirilib və layihələndirmə işləri aparılıb. Ancaq o stansiyalar müəyyən çətinliklər üzündən hələ quraşdırılmayıb. Apreldən yeni bir istiqamət üzrə iş - yəni seysmik tamoqrafiya işləri aparılacaq. Bu tədqiqatlar 4 il ərzində ABŞ alimləri ilə birgə aparılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB