“Hüquq mühafizə orqanları təhdidlərin qarşısını almaq üçün əlindən gələni edir” Politoloq

“Hüquq mühafizə orqanları təhdidlərin qarşısını almaq üçün əlindən gələni edir” Politoloq

"Bu gün heç bir ölkə terror təhdidindən sığortalanmayıb. Azərbaycanın geosiyasi vəziyyəti və yerləşdiyi bölgə elədir ki, burda daim həmin təhdidlər var və olacaq da". Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, 25 ildən çoxdur Dağlıq Qarabağ münaqişəsi davam edir, erməni terror təşkilatları bu ərazidə öz "məram" və "məqsəd"lərini yerinə yetirməyə çalışırlar: "Eyni zamanda radikal islam qrupları şimal sərhədlərimizdə Rusiyanın ərazisində cəmləşib və hansısa terror təşkilatlarına biət ediblər, cənubda müəyyən terror təşkilatları var, Suriyadan çox da uzaqda yerləşmirik. Suriya ilə əlaqəli bir sıra radikal dini qurumlar. Bütün bu məsələləri nəzərə alanda hüquq mühafizə orqanlarının üzərinə çox böyük məsuliyyət düşür. Hesab edirəm ki, bu gün Azərbaycanın hüquq mühafizə orqanları bu kimi halların, təhdidlərin qarşısını almaq üçün əlindən gələni edir. Son vaxtlar istər hüquq mühafizə orqanları, istər Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən keçirilən əməliyyatlar çox təqirəlayiqdir və müsbət qiymətləndirilməlidir".

A.Nağıyev xatırladıb ki, 25-30 il əvvəl gecələr çölə çıxmağa, danışmağa imkan yox idi: "Bu gün isə Azərbaycan regionda ən stabil ölkələrdən biridir. Həm hüquq mühafizə orqanlarının, həm insanlarımızın sayıqlığı müsbət bir hal kimi qiymətləndirilməlidr. Biz terrorun nə olduğunu çox gözəl bilirik. Nəqliyyatda erməni terronu hamımız çox yaxşı xatırlayırıq. Təbii ki, bütün bunların öhdəsindən gəlmək üçün koordinasiya mərkəzləri, terrora qarşı mübarizə mərkəzi var. Bu qurumlar qeyd edilən təhdidlərə qarşı mübarizə aparır".

Bütün xəbərlər Facebook səhifəmizdə