Rusiyadan asılılığın yaxın proqnozu İTTİHAM

Ruben Mehrabyan: “Sosial yükün azaldılması, hərbi xərclər, bunların heç biri yerinə yetirilməmiş qalacaq”
Rusiyadan asılılığın yaxın proqnozu İTTİHAM

"Ermənistanin iqtisadi siyasəti xarici siyasətə aid olub". SİA xəbər verir ki, bu barədə erməni mətbuatına politoloq Ruben Mehrabyan deyib.

Onun fikrincə, Ermənistan hakimiyyəti öz təhlükəsizliyini qorumaqdan ötrü iqtisadi siyasətini bütövlükdə xarici siyasətə aid edir. "Bu, qəribə siyasətdir"-deyə qeyd edən Mehrabyan hesab edir ki, mövcud siyasət inkişafın bütün yönlərinin qarşısını alır və Ermənistanın qlobal neqativ tendensiyalardan xilası üçün atmaq istədiyi addımlarına ciddi maneələr törədir: "Ermənistan şərab satışına ümid edir, yalnız bir bazara ümidlənir (Rusiya nəzərdə tutulur-red.) və zaman keçdikcə, bu bazar da uğradığı sanksiyalara görə zəifləyir və "ölür""

Erməni politoloqunun sözlərinə görə, Rusiyanın ehtiyat fondları bu il tükənəcək və rusiyalı iqtisadçılar da mövcud məsələ ilə bağlı çıxışlar edirlər: "Sosial yükün azaldılması, hərbi xərclər, bunların heç biri yerinə yetirilməmiş qalacaq".

Mehrabyan Sarkisyan hakimiyyətini və hökumətini iztehzalı şəkildə tənqid edərək bildirib ki, öncələr iqtisadi artımın 7 fazilik yüksəlişini əldə edə bilməyən hökumətin istefası tələb olunurdusa, hazırda "Ura!" qışqırmaq olar. Belə ki, indiki Karapetyan hökuməti əvvəlki Ovik Abramyan hökumətindən fərqli olaraq rus dilində daha yaxşı danışır, qalan şeylər isə elə əvvəlki kimidir...Abxaziya layihəsi, Medvedev, Avrasiya İqtisadi İttifaqı...".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə