ABŞ-ın Sietl ştatının federal hakimi prezident Donald Trampın yeddi müsəlman ölkəsindən bu ölkəyə miqrasiya edənlərə qarşı imzaladığı qanuna veto qoymaq barədə qərar qəbul edib. SİA-nın məlumatına görə, bu barədə yazan "Associated Press" agentliyindən bildirilir ki, Ceyms Robart adlı hakim həmin qərarı Vaşinqtonun göndərdiyi sorğusu nəticəsində qəbul edib. Hakimi bu vəzifəyə ABŞ-ın 43-cü prezidenti kiçik Corc Buş təyin etmişdi.
Qeyd edək ki, yanvarın sonundan başlayaraq, ABŞ-a daxil olmalarını qadağan edən qərara əsasən, İran, İraq, Suriya, Sudan, Liviya, Somali və Yəmən vətəndaşları bu ölkəyə girmək hüququndan məhrum olunublar. Bu qərar 90 gün müddətində qüvvədə qalacaq. O cümlədən, 120 gün müddətində digər müsəlman ölkələrindən olan qaçqınların da ABŞ-a girişlərinə qadağa qoyulub.
Xatırladaq ki, Sietl məhkəməsindən öncə Nyru-York məhkəməsi də Trampın qərarını bloklaşdıran qərar qəbul etmişdi.
Trampın mövcud qərarı ölkədə kütləvi etirazlara səbəb olub. ABŞ-ın baş prokuroru Sali Yeyts isə prezidentlə açıq şəkildə razılaşmadığını bəyan edib, nəticədə işdən çıxarılıb. Bunun ardınca isə ABŞ-ın miqrasiya və gömrük rəhbərlikləri də vəzifələrindən azad ediliblər.
Digər tərəfdən, amerikalıların çoxu prezidentin həmin qərarını dəstəkləyiblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB