Bu gün Müsavat Partiyasının qərargahı qarşısında etiraz aksiyası keçirilib. SİA-nın məlumatına görə, 500-ə yaxın gənc İsa Qəmbərin Novxanıda keçirilən tədbirdəki çıxışına etirazını bildirib. Aksiya zamanı "İsa Qəmbər şərəfsizlik simvoludur!", "İsa Qəmbər uğursuzluq simvoludur!", "İdarəçiliyini gördük, daha hər-mərclik istəmirik", "Sən artıq tarixin zibilliyinə atılan siyasi meyitsən!", "Ar olsun!", "Natamam elmi işçi və uğursuz siyasətçi müasir gəncliyə hansı nümunə göstərə bilər?", "Müsavat irsi ilə, M.Ə.Rəsulzadə adı ilə alver etmə! Sənə artıq heç kəs inanmır!", "Sən nəinki ölkəni, heç kolxozu da idarə edə bilməzsən!", "Kreslo hərisi, kabineti niyə tərk etmirsən?!", "İsa Qənbər, cavab ver! Torpaqları satan şərəfsiz! Bir il hakimiyyəti dövründə torpaqların 20 faizini satan alçaq", "Azərbaycan torpaqlarını işğal edənlərdən biri də İsa Qəmbərdir", "Hakimiyyətdə olduğun dövrdə 7 nəfəri güllələtdirən satqın!", "Çıx ölkədən, sənin Azərbaycanda yaşamağa haqqın yoxdur!", "Milli satqın!", "Çıx, Azərbaycan gəncliyinə cavab ver!" kimi şüarlar səsləndirilib.
Aksiya zamanı etirazçılara hücum da olub. Belə ki, Müsavatın qərargahında olan Pənah Hüseyn aksiyaçıların qarşısına çıxaraq gəncləri ağır söyüşlərlə təhqir edib. Həmçinin Elman Həsənov adlı müsavatçı gənclərin üstünə hücum çəkərək Azərbaycan dövlətinin əleyhinə fikirlər səsləndirib. Müsavat başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli isə qərargahın balkonuna çıxaraq aksiya iştirakçılarının ünvanına söyüşlər səsləndirib. O, Müsavatın gənc üzvlərinə zəng edərək təcili şəkildə partiya qərargahına gəlmələrini tələb edib.
.jpg)
.jpg)
.jpg)










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB